Yeni futbol həyacanı başlayır

yeni-futbol-heyacani-baslayir
Oxunma sayı: 660

Premyer Liqanın I turunun ilk oyunu Gəncədə baş tutacaq. Burada yerli “Kəpəz” klubu çempionatın debütantı “Rəvan”ı qəbul edəcək. “Gəncə” adını “Kəpəz”lə əvəzləyən komananın yeni mövsümdə necə çıxış edəcəyi böyük maraqla gözlənilir. Mehman Allahverdiyevin komandasından hətta sürpriz gözləyənlər də var. “Kəpəz”in ilk sınağı isə çempionatın debütantı “Rəvan”a qarşı olacaq.

Ötən mövsüm birinci divizionda gümüş medallara sahib çıxan “Rəvan” demək olar ki, Salyanın “Muğan” klubunun futbolçularından təşkil olunub. Buna səbəb isə çempionatın başlamasına az qalmış Salyan təsmilçisinin Premyer Liqada oynamaqdan imtina etməsi olub. Belə olab təqdirdə isə klubun bir sıra futbolçuları, eləcə də baş məşqçi Bəhmən Həsənov “Rəvan” klubuna gələrək yenidən Premyer Liqada iştiark etmək hüququ qazandı.

Premyer Liqanın daha bir debütantı – “Sumqayıt Şəhər” isə səfərdə “Xəzər Lənkəran”ın qonağı olacaq. Bu komanda əsasən “Abşeron” klubunun dağılması nəticəsində AFFA-nın təşəbbüsü ilə yaradılıb. Sumqayıt təmsilçisinin ilk sınağı isə Lənkəranda Mirça Rednikin komandasına qarşı olacaq. Avroliqada uğursuz çıxış edən “Xəzər Lənkəran”ın doğma azarkeşləri önündə yalnız qələbəyə oynayacağı heç kəsdə şübhə doğurmur. “Sumqayıt Şəhər”in bu sınaqdan necə çıxacağını isə axşamkı oyundan sonra görəcəyik.

Günü digər qarşılaşmasında isə Bakının “İnter” klubu Tovuzun “Turan” komandasını sınağa çəkəcək. Ötən mövsüm uğursuz çıxış edən “İnter” mövsümün sonunda bir neçə futbolçusu ilə yollarını ayırmışdı. Bu isə o deməkdir ki, Kaxaber Sxadadzenin komandası yeni mövsümə yeni oyunçularla başlayacaq. “İnter”in bu mövsümdə yüksək yerlər uğrunda mübarizə aparacağını gözləmək olar. Lakin bunu çempionatın gedişində daha aydın sezmək olacaq. “Turan”a gəldikdə isə Tovuz təmsilçinin yeni baş məşqçisi Əsgər Abdullayevin də ilk sınağının heç də asan olmadığını söyləmək olar.

Sabah daha 3 görüş keçirilməli olsa da, bunlardan biri təxirə salınıb. Məlum olduğu kimi, “Qarabağ” Avroliqanın III təsnifat mərhələsində “Brügge” ilə Bakıda cavab görüşünə çıxdığından Premyer Liqanın ilk turunda qarşılaşmalı olduğu “Neftçi” ilə oyunun təxirə salınması barədə PFL-ə müraciət etmişdi. Adı çəkilən qurum da “Qarabağ”ın yorğunluğunu nəzərə alaraq bu oyunu təxirə salmağı qərara alıb. Beləliklə, sabah 3 deyil, 2 qarşılaşma baş tutacaq.



Premyer Liqada 1-ci tur

6 avqust (şənbə)

18:00. "Kəpəz" - "Rəvan"
Hakimlər: Rauf Cabbarov, Munis Abdullayev, Yaşar Abbasov, Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Şahin Cəfərov.
Gəncə. Şəhər stadionu.

20:00. "Xəzər Lənkəran" - "Sumqayıt Şəhər"
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Rahil Ramazanov, Elçin Məmmədov.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Lənkəran. Şəhər mərkəzi stadionu.

20:00. "İnter" - "Turan"
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Azər Əsədov, Vüsal Əliyev.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Asif Namazov.
Bakı. "Şəfa" stadionu.



7 avqust (bazar)

"Qəbələ" - "Bakı"
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Mübariz Haşımov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Xəqani Məmmədov.
Qəbələ. Şəhər stadionu. Saat 18:00.

"Simurq" - AZAL
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Zeynal Zeynalov, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Zaqatala. Şəhər stadionu. Saat 20:00.