Yeni futbol mövsümü avqustda başlaya bilər

yeni-futbol-movsumu-avqustda-baslaya-biler
Oxunma sayı: 641

Azerisport.az xəbər verir ki, Peşəkar Futbol Liqası çempionatın mümkün qədər tez start götürməsində maraqlıdı.

Bunun əsas səbəbi isə sentyabr ayında Azərbaycanda futbol üzrə 17 yaşadək qızlardan ibarət yığmalar arasında dünya çempionatının keçirilməsidi. Qeyd edək ki, sentyabrın 22-də start götürəcək ölkəmizdəki mundial oktyabrın 13-də başa çatacaq. Həmin dövrdə milli birinciliklər tamamilə dayandırılacaq.

Bu üzdən PFL çempionatı tez başlayıb, DÇ-nin startına qədər bir neçə turu keçirmək istəyir ki, mundialdan sonrakı dövr ərzində təqvimdə daha çox sıxlıq yaranmasın. Əldə etdiyimiz məlumata görə, hətta qış fasiləsinin bir qədər irəli çəkilməsi, mundialın keçirildiyi vaxta salınması variantına da baxılır.