“Yeni futbolçular çoxdu”

yeni-futbolcular-coxdu
Oxunma sayı: 956


“Qafqazinfo” xəbər verir ki, bunu “İnter”in baş məşqçisi Zaur Svanadze deyib. “İnter” UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində sabah İslandiya klubu “Hafnaryordur”un qonağı olacaq. Bu gün matçın keçiriləcəyi “Kaplakriki” stadionunda Svanadzenin iştirakı ilə oyun öncəsi mətbuat konfransı keçirilib. 

Baş məşqçi şansları bərabər qiymətləndirib: “Hafnaryordur”un son oyunlarını izləmişik. Hər iki komandanın şansları bərabərdi. Sabah hər iki tərəf üçün maraqlı oyun olacaq". 

“Hafnarfyordur” – “İnter” matçı sabah Bakı vaxtı ilə saat 00:15-də start götürəcək.