Yeni gəmiyə onun adı veriləcək - Prezidentdən göstəriş

yeni-gemiye-onun-adi-verilecek
Oxunma sayı: 5253

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yeni gəmisinə Xoşbəxt Yusifzadənin adı veriləcək.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə keçirilən mərasimdə göstəriş verib.

"Mən elə bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə göstəriş verirəm ki, Gəmiçiliyin yeni gəmisinə Xoşbəxt Yusifzadənin adı verilsin", - deyə Prezident çıxışında qeyd edib.