Xeyli sayda insan var ki, həyati vacib məsələlərdən xəbərsizdir, ya da sadəcə olaraq onlara önəm vermir. Günəşin timsalında bunlardan üçünü xatırlatmaq istəyirəm. Ən böyük enerji qaynağımız Günəşdir.
Bizim tanıdığımız aləmdə canlı nə varsa hamısının həyatı və varlığı ona bağlıdır. Hətta Günəşə, atəşə qarşı olan suyun da həyatı və mövcudluğu ona bağlıdır. Günəş yoxdursa heç o da yoxdur. Ey insanlar, enerji qaynağınızı tanıyın və onu sevin! Axı siz onu sevməsəniz o sizin enerji qaynağınız ola bilməz.
Bəlkə də ixtiyari bir yay günündə cəmi 5-10 metr işığı düşdüyü məkana yaxınlaşsa bir an içində hər yeri yandırıb yaxar. Əksinə, elə o qədər bizdən uzaqlaşsa anındaca donarıq. Deməli həyatımız Günəş həm də indi bərqərar olduğu yerdə həyatdır. Hər şey, hər kəs öz yerində gözəldir! Günəşin doğuş səhnəsi möcüzədir. Hər səhər o necə əzabla yenidən qayıdır. Həm də bu zaman onun necə tələsdiyini görəcəksiniz. Ey insanlar, Günəşi qarşılamaq üçün hər səhər ayaqda olun, onun təkrar qayıdışını salamlayın, bu dönüşə sevinin, dualar edin. Günəş doğan zaman yatmaqdan böyük günah, onu yuxuda qarşılamaqdan böyük sayğısızlıq ola bilməz.
Biz nə zamansa bu dünyadakı həyatımızı başa vurub, əbədi günəş görünməyən yerlərə gedəcək və bir daha onu görməyəcəyik. O, qızıl balıq kimidir-hər gün əlimizdən sürüşüb çıxır və hər gün bir addım onu axırıncı dəfə görəcəyimiz günə yaxınlaşırıq. Elə isə gəlin heç olmasa hərdən Günəşə baxaq-asan olmasa da.
Son xəbərlər
Son Xəbərlər