Yeni həftə üçün məzənnə

yeni-hefte-ucun-mezenne
Oxunma sayı: 764

Azərbaycan Mərkəzi Bankı 18 noyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, noyabrın 18-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,8804 manat təşkil edir.

1 türk lirəsi 0,2957 manat, 1 rus rublu 0,0267 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5725 manatdır.