“Yeni həyat” filmində istifadə edilən top 308 min dollara satıldı - Fotolar

yeni-heyat-filminde-istifade-edilen-top-308-min-dollara-satildi
Oxunma sayı: 2377

2000-ci il istehsalı “Yeni həyat” (“Cast Away”) filmində aksesuar olaraq istifadə olunan voleybol topu hərracda 308 min dollara satılıb.

“Qafqazinfo” xəbər verir ki, topu satan Prop Stor topun filmdə istifadə edilmək üçün kirli imiş kimi hazırlandığını, eyni zamanda, çəkilişlər vaxtı suda qaldığını bildirib.

Qeyd edək ki, filmdə Tom Hanks kimsəsiz adada tək qalmış olaraq təsvir edilir. Xarakterin “Vilson” adı verdiyi top isə onun tək dostu olur.

Filmdə Hanks həyatda qalmağa çalışarkən dəli olmamaq üçün “Vilson”la danışır.

Topun üzərində bir üz cizgisi və saç kimi görünməsi üçün yuxarı hissəsinə yerləşdirilmiş tütün bitkiləri var.