Yeni həyata yeni brendlərlə - Fotolar

yeni-heyata-yeni-brendlerle
Oxunma sayı: 1515

Bir qadının tez-tez tam olaraq nə istədiyini bilməməsi, uzun müddətdir ki, sabit hal alıb və bir çox zarafatcıl İnternet-mem`lərində təcəssümünü tapıb. Sözsüz ki, zərif cinsin hər bir nümayəndəsi bununla mübahisə edəcək, çünki əslində nə istədiyimizi bilirik, amma məhz: hamısı bir anda. Sadəcə bunu nadir hallarda etiraf edə bilərik. Əlbəttə ki, nüanslar var: ən gözəl və ən möhtəşəmini istəyirik. Qadınların bütün istəkləri haqqında danışmayacağıq, amma razılaşaq ki, hər birimiz hər situasiyaya və hər zövqə uyğun bir qarderob seçə biləcəyimiz sehrli bir yer tapmaq istəyir. Həqiqətən, hər hansı bir "look" seçimi çox vaxt çoxsaylı brendlər arasında uzun müddət davam edən əzablı bir işə çevrilir və hətta onlayn alış-veriş də bu işi asanlaşdırmır.

Dahiyanə hər bir şeydə olduğu kimi, sirli “Maleone” adı altında multibrend butik yaradaraq bu işin sadə həllini istedadlı gənc dizaynerlər Xədicə Camal və Nuray Camal tapdılar.

Video link: (https://www.youtube.com/watch?v=VBE7w9TWotM)

Mənim adım sənə nə deyir, və ya niyə “Maleone”?

Qızların öz sözlərinə görə, belə melodik bir ad seçimində onlara Rusiyadan peşəkar bir şirkət kömək edib, onları ilhamlandıran isə zərif Maqnoliya çiçəyi olub. Niyə məhz maqnoliya? Çünki bu, xanımlıq, zəriflik, sirr və gözlənilməzliyi ifadə edən bir çiçəkdir. Maqnoliya - ilham simvoludur; özünüz düşünün- sehrli qoxusu ətriyyatçıları dəfələrlə möhtəşəm çiçək kompozisiyaları yaratmağa sövq etmişdir.

Çiçəklənən maqnoliya bütün əsrlərdə şairlərin, əsl şah əsərləri yaratmağa ruhlandıran ilham pərisi olmuşdur. Ezoteriklər maqnoliyanın gözəlliyinin bir maqnit xüsusiyyətinə malik olduğunu söyləyirlər: o, davamlı olaraq özünə çəkir və buraxmır. Fen Shui pərəstişkarları, çiçəklənən maqnoliyanın ailənin rifahının və zənginliyinin açarı olduğunu iddia edir, buna görə də ondan evi bəzəmək də üçün istifadə olunurdu. Hətta belə bir inanc var ki, gənc qızın çiçəklənən maqnoliya görməsi - tezliklə evlənməsinə və ailə səadətinə qovuşmasına işarədir.

Bir sözlə, çiçək sirli və mistik olduğu qədər zərif və gözəldir; və Maleone yaradıcılarına yalnız öz eyniadlı markalarını deyil, həm də bütöv bir multibrend butik yaratmağa ruhlandırdı.

Sözsüz ki, Xədicə Camal və Nuray Camal butiklərində ilk növbədə öz Maleone kolleksiyasını təqdim etmək qərarına gəldilər. Üstəlik, istedadlı bacıların hər kolleksiyasında həmişə iki “budaq” mövcuddur. Birincisi, maqnoliyanın heyrətamiz dərəcədə gözəl bir print yaratmasına ilham verən Xədicə Camalın əsəridir. İkincisi, oxşar rəng sxemindən istifadə etsə də, tamamilə fərqli geyim tərzi yaradan Nuray Camalın kolleksiyasıdır. Və iki budaq birlikdə Maleone markasının əsl harmoniyasını yaradır. Qeyd etmək lazımdır ki, artıq bacıların dueti həm Azərbaycanda, həm də xaricdə yüksək qiymətləndirilir. Lakin Maleone kolleksiyasının geyimlərini yalnız eyniadlı butikdən əldə edə bilərsiniz. Və ya https://www.maleone.com/ internet mağazadan.

Bununla yanaşı, bu sehrli mağazada kifayət qədər təmsil olunmuş digər brendlərin paltarlarını da əldə edə bilərsiniz. Belə ki, burada artıq dünya səhnəsində öz sözünü demiş digər azərbaycanlı dizaynerlərin kolleksiyaları da var. Bu markalar sırasında Fakhriya Khalafova, Zumrud Mirzalieva və HOKUMA by Hokuma, habelə, həmtəsisçilərindən biri azərbaycanlı Rüfət İsmayıl olan Afffair türk markası da var.

Bundan əlavə, butikdə Fransa, İtaliya, BƏƏ, Tayvan, Rusiya, Serbiya, Almaniya, Böyük Britaniya, ABŞ və Livan dizaynerlərinin kolleksiyaları da təqdim olunub.

İlk növbədə, əlbəttə ki, butikdə təqdim olunan Karl Lagerfeld markası haqqında danışmaq istəyirəm. Alman modelyer Karl Lagerfeld haqlı olaraq moda simvolu hesab olunur. O, üsluba aktual yanaşması, klassik və müasir istiqamətləri tarazlaşdıran cilalanmış estetikası ilə tanınırdı.

Maleone butikində eyni zamanda Azərbaycanda az tanınan, lakin öz sözünü demiş yeni markalar da təqdim olunmuşdur. Məsələn, Beyrut-lu (Livan) dizayner Zayan Ghandour`dan Zayan the Label (BƏƏ) qadın geyimləri və

aksesuarları brendi. Qeyd edək ki, Zayan Label markası Paris Moda Həftəsi 2011-də möhtəşəm bir debüt etmişdir.

Və ya, bir aksesuar markasından mükəmməl “Masterpeace” geyim brendinə qədər ucalmış bir rus brendi. Yeri gəlmişkən, butikdə artıq özlərini yüksək səviyyədə təsdiq etmiş və kifayət qədər məşhur olan rus brendləri də təqdim olunmuşdur.

Bunlar: A LA RUSSE (geyim, o cümlədən uşaq geyimi, aksesuarlar, ətir, xəz xətti, zərgərlik kolleksiyası).

RUBAN brendi –günümüzdə Moskvanın əsas moda pərəstişkarları bu brendin geyimlərini geyinir. Brendin iki xətti var: podium üçün və daha demokratik PE FOR GİRLS. Brendin geyimləri stil, yüngüllük və mürəkkəb biçimi birləşdirir; bu geyimlər universaldır, çünki hər dəfə yeni bir şəkildə uzlaşdırıla bilər və bu marka qurucularının əsas “sirridir”.

Digər bir rus brendi, pret-a-porter Paris Moda Həftəsinin daimi iştirakçısı Alena Akhmadullina-dır. Alena Akhmadullina modelləri moda jurnallarının səhifələrindən düşmür; fərdi uğur düsturu olaraq onlar hər zaman mövsümün “must have” siyahısındadır.

Maleone butikində, həmçinin britaniyalı modelyer Zoë Jordan-ın nəfis modelləri (2013-cü ildə Jordan Britaniya Moda Şurasının Vogue Fashion Fund premiyasının qısa siyahısına daxil edilmişdir), həmçinin, Mayami-li dizaynerlər-Aleks və Ana Barbaranın “Alexis” brendi təqdim olunub.

Əlbəttə ki, Emanuel Ungaro Moda Evinin yaradıcı direktoru, İtalyan dizayner Fausto Puglisi-nin - Fausto Puglisi brendinin dəbdəbəli və məftunedici kolleksiyaları sizi cəlb edəcək. O, Madonna, Beyonce və Jay Law üçün geyimlər yaratmış, eyni zamanda, Versace Moda Evində moda məsləhətçisi kimi çalışmışdır.

Daha bir brend azərbaycanlı alıcı üçün yeni və qeyri-adi olan Tayland dizayneri Vatanika Patamasingh`nin Vatanika kolleksiyasıdır. Yeri gəlmişkən, bu gün Tayland modası dəb sənayesində layiqli yer tutur. Vatanika - L'Oréal, Diageo və LVMH kimi markalarla əməkdaşlıq edən Taylandın aparıcı dizaynerlərindən biridir. Onun look-book`ları tez-tez dünyanın məşhur jurnallarının səhifələrində əks olunur.

Maraq doğuranlardan biri də Livanlı dizayner Corc Hobeyka və onun eyniadlı Georges Hobeika markasıdır ki, bu gün onun 3 nəfis geyim xətti vardır: Bridal, Signature və GH by Georges Hobeika.

Vintage həvəskarları üçün Maleone`də, Vivetta Ponti tərəfindən təsis edilən VIVETTA İtalyan markası təqdim olunub.

Özünüzü Hollivud ulduzu kimi hiss etmək istəyirsinizsə, mütləq A.L.C. markasının kolleksiyasını bəyənəcəksiniz. Hər hansı bir kübar məclisə, yaxud dost görüşünə gedirsinizsə, o zaman bu geyimlər sizi zəngin görünüşlə təmin edəcək.

Hər hansı təntənəli tədbiriniz varsa, Maleone butikində serb dizayneri Valdrin Sahiti'nin eksklüziv və tamamilə sehrli axşam paltarını seçə bilərsiniz.

Camal bacılarının dediyinə görə, onlar bir il Azərbaycan bazarı üçün yeni markalar axtarmış və bu günə qədər ən şık və perspektivlilərini seçmişlər. Bacıların özlərinin haqlı olaraq qeyd etdiyi kimi, "risk etməyi bacarmaq, bununla yanaşı insanlara yeni və qeyri-adi bir şey göstərmək lazımdır."

Maleone yaradıcıları haqlıdır: “Pioner olmaqdan qorxmur, əksinə, başqalarının qərar vermədiyi bir işi görməkdən məmnunuq. Artıq markaların seçimi ilə bağlı müsbət rəylər alırıq. "

Müştərilər və gələcək planlar haqqında

Maleone yaradıcıları deyirlər ki, potensial müştəriləri yeni hər şeyə açıq olan və zamanla ayaqlaşan insanlardır. Əlavə edərdik ki, müştəriləri həyatı sevən və gözəlliyi dəyərləndirən qadınlardır. Maleone yaradıcılarının nail olduqları ilə kifayətlənməyəcəyini nəzərə alsaq, yaxın gələcəkdə bizi markalar kolleksiyasının genişlənməsi və poetik adlı multibrend butiklər şəbəkəsinin yaradılması gözləyir.

Bu da o deməkdir ki, şəhərimizdə gözəllik, incəlik və üslub daha da artacaqdır.

Maleone Concept Store (H4 başlığı) Mağazanın ünvanı: Kövkəb Səfərəliyeva küç., 12

Tel: (012) 511 81 88; (050) 511 81 88;

Sosial şəbəkələr: https://www.instagram.com/maleone_azerbaijan/

https://www.facebook.com/maleoneazerbaijan/ 

© Advance.Az - Marketinqdə hekayə