Yeni hökumət formalaşdı, ölkə ilkə imza atdı

yeni-hokumet-formalasdi-olke-ilke-imza-atdi
Oxunma sayı: 1562

Livan Prezidenti Mişel Aun ölkədə yeni Nazirlər Kabinetinin formalaşdırılması ilə bağlı sənədlər imzalayıb. Bu barədə Prezident Sarayından məlumat verilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, Livanın yeni Baş Naziri Həsən Diabın başçılıq edəcəyi Kabinetə 20 texnokrat nazir daxil olub.  

Baabda Sarayında jurnalistlərin önündə çıxış edən Nazirlər Şurasının baş katibi Mahmud Məkkiyə ayrı-ayrı nazirlərin adlarını açıqlayıb. Ölkənin Xarici İşlər naziri Nasıf Hitti, Daxili İşlər naziri Məhəmməd Fəhmi, Maliyyə naziri Qazi Vəzni olub.

Livanın Müdafiə nazirinin başçısı vəzifəsini isə ilk dəfə qadın - Zeyna Akar tutub. O, həmçinin Baş Nazirin müavini vəzifəsini icra edəcək.