Yeni il bayramı günü itkin düşən kişi axtarılır - Foto

yeni-il-bayrami-gunu-itkin-dusen-kisi-axtarilir
Oxunma sayı: 1459

Yeni il bayramı günü itkin düşən 53 yaşlı şəxs axtarılır.  

DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Qusarda yaşayan 53 yaşlı Feyruz Muradov 2022-ci il dekabrın 31-də yaşadığı ünvandan çıxıb Bakı şəhərinə işləmək adı ilə gedərək bir daha geri qayıtmayıb. 

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 - Zəng Mərkəzi”nə, həmçinin Qusar Rayon Polis Şöbəsinə (023) 385 22 22 (şəhər) və (070) 743 33 37 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.