Yeni il gecəsi qəzaya düşən şəxs 1 həftə sonra öldü

yeni-il-gecesi-qezaya-dusen-sexs-1-hefte-sonra-oldu
Oxunma sayı: 1992

Yeni il bayramı günü qəzaya düşən şəxs vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, dekabrın 31-də saat 20:20 radələrində Salyan şəhərində “Hyundai” markalı avtomobilinin aşması nəticəsində ağır xəsarətlər alan Əhmədov Hilal Rafət oğlu xəstəxanada ölüb.

Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilən sürücü ötən gecə dünyasını dəyişib.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanılıb.