Yeni il günü maşını aşırdı, arvadı və nəvəsi öldü

yeni-il-gunu-masini-asirdi-arvadi-ve-nevesi-oldu
Oxunma sayı: 3317

Dekabrın 31-də saat 7 radələrində Babək rayonunun Cəhri qəsəbəsi  ərazisində Payız kənd sakini K.Alcəfərov idarə etdiyi “Naz-Lifan 620” markalı avtomobili aşırıb. 

DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, nəticədə avtomobildəki sərnişinlərdən sürücünün arvadı və nəvəsi aldıqları xəsarətlərdən hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Babək RPİ tərəfindən araşdırma aparılır.