Yeni ildən yeni üslubda

yeni-ilden-yeni-uslubda
Oxunma sayı: 1254


Yeni iş günündən etibarən 7GUN.az fəaliyyətini daha da genişləndirərək tamam yeni üslubda sizinlə görüşə gələcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə açıqlama verən saytın baş redaktoru Nazim Sultan bildirib ki, saytda vaxtaşırı baş verən texniki problemlər artıq aradan qaldırılıb. Baş redaktor belə arzuolunmaz halların daha olmayacağını önə çəkərək, saytda bir sıra yeniliklərin də işıq üzü görəcəyini diqqətə çatdırıb: “Bildiyiniz kimi 2 aydan çoxdur saytın fəaliyyəti demək olar ki, dayanmışdı. Bunun başlıca səbəbi haker hücumları ilə bağlıydı. Əvəllər dəfələrlə belə hallarla qarşılaşsaq da problem tez bir zamanda aradan qaldırılırdı. Lakin son dəfəki haker hücümu çox ciddi oldu. Ele ona görə də fəaliyyətimizdə böyük fasilə yarandı. İnanıram ki, bundan sonra belə arzuolunmaz hallarla qarşılaşmayacağıq. Biz normal fəaliyyət göstərmək üçün lazimi texniki işləri həyata keçirmişik. Onu da qeyd edim ki, yeni ildən saytda bəzi yeniliklər də olacaq. Ən əsası saytda bütün bölmələr üzrə xəbərlərin video buraxılışını da izləyə biləcəksiniz”.