2022-ci ilin ilk iki günündə Bakı şəhərində və respublika ərazisində 298 toy şənliyinin monitorinqi həyata keçirilib.
DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, nəticəsdə toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.
93 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Son xəbərlər
Son Xəbərlər