Yeni ilin ilk günü şəhidləri yad etdilər - Fotolar

yeni-ilin-ilk-gunu-sehidleri-yad-etdiler
Oxunma sayı: 3766

Yeni ilin ilk günü Azərbaycanın əksər bölgələrində vətəndaşlar Şəhidlər xiyabanlarını ziyarət ediblər.

“Qafqazinfo” xəbər verir ki, sosial şəbəkələrdə vətəndaşların şəhidləri ziyarət etdiklərini əks etdirən fotolar paylaşıılıb.

Fotoşəkillərdən də aydın olur ki, dünən və bu gün şəhidləri təkcə onların yaxınları deyil, həm də bütün xalq ziyarət edib.

Qeyd edək ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Bakı sakinləri yeni ili İkinci Fəxri Xiyabanda dəfn olunan Vətən müharibəsi şəhidləri ilə birgə qarşılayıblar.