Yeni ilin ilk günü vurulan piyada xəstəxanada öldü

yeni-ilin-ilk-gunu-vurulan-piyada-xestexanada-oldu
Oxunma sayı: 2946

Xəzər rayonunun Binə qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə piyada vurulub.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, yanvarın 1-də saat 19 radələrində Bakı şəhər sakini İ.Nəcəfquliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəfər Cəfərovu vurub.

Xəstəxanaya yerləşdirilən piyada yanvarın 2-də ölüb.

Xəzər RPİ-də araşdırma aparılır.