“Qafqazinfo”nun məlumatına görə, fonddan Trend-ə bildirilib ki, fevralın 24-dək iştirakçı banklarda illik maksimum 12 faizlə qəbul olunmuş əmanətlər də 24 fevral 2015-ci il tarixindən etibarən qorunan əmanət hesab olunur və Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır. Yəni göstərilən tarixə qədər 10, 11 və 12 faizlə cəlb edilən əmanətlər qorunan hesab edilmirdisə, 24 fevral 2015-ci il tarixindən göstərilən faiz dərəcələri ilə qəbul edilmiş əmanətlər qorunan sayılır.
Banklar tərəfindən həmin əmanətlərə görə keçmiş dövrlər üçün təqvim haqqı ödənilmir, təqvim haqları 24 fevral 2015-ci il tarixindən hesablanır.
Son xəbərlər
Son Xəbərlər