Yeni imicini bəyənmədilər, o da səhifəsini qapalı etdi

yeni-imicini-beyenmediler-o-da-sehifesini-qapali-etdi
Oxunma sayı: 2363

Bir neçə gün bundan əvvəl imicini dəyişən müğənni Günel Zeynalova tənqidlərə məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, sənətçinin sarışın olması izləyicilərin xoşuna gəlməyib, onun barədə mənfi rəylər yazılıb. Günel instaqramda status yazaraq onu tənqid edənlərə cavab verib, rəsmi hesabını isə qapalı edib.

“Deyəsən, mənim qüsurlarım çox dəyərlidir. Millət öz qüsurlarından çox, mənim qüsurlarımla maraqlanır. İçinizdən gəldiyi üçün yox, işinizə gəldiyi üçün dəyər verirsiniz. Məncə, dayanmayın, rədd olun. İşinizə gəldiyi kimi insansınız”,- deyə Günel bildirib.