Yeni imperatorun şərəfinə keçirilməli olan parad təxirə düşdü

yeni-imperatorun-serefine-kecirilmeli-olan-parad-texire-dusdu
Oxunma sayı: 1313

Yaponiya güclü “Haqibis” qasırğasından sonra indiyədək özünə gələ bilmir.

“Qafqazinfo” “MİR 24”ə istinadən bildirir ki, ən son məlumatlara görə, 79 nəfər ölüb, 42 mindən çox ev daşqın səbəbindən su altında qalıb.

Təbii fəlakət səbəbindən Yaponiyanın yeni imperatoru Naruhitonun taxt-taca çıxması münasibətilə keçirilməli olan parad ertələnib.

Yerli hakim dairələrin məlumatına görə, ölən və xəsarət alanların sayı arta bilər.