Yeni internet resursu təqdim edildi- - Fotolar

yeni-internet-resursu-teqdim-edildi-
Oxunma sayı: 1206


“Qafqazinfo”nun məlumatına görə, Forumu açılış nitqi ilə salamlayan RBAM rəhbəri Razi Nurullayev texnolgiyanın çox sürətlə inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, istifadəçilər əsasən Facebook sosial şəbəkəsindən istifadə edirlər, amma Facebook imkanlarını genişləndirən digər internet resurslar da var. Bunlar Podbean, listen2myradio və Wordpress platformalarıdır ki, onlardan istifadə etməklə hər kəs imkanlarını daha da genişləndirə bilər.

Bunun ardınca o, RBAM-ın hazırladığı http://nt.rbam.org internet resursunu təqdim edib. Tədbirdə Türkiyədə yerləşən Kanada səfirliyinin nümayəndələri Kevin Eliott və Monica Ambelez Karrer də iştirak ediblər.

Forumda ekspert qismində çıxış edən Azər Nəzərov digər internet alətləri, o cümlədən Podbean, listen2myradio və Wordpress platformaları barəsində vizual təqdimat edib.

Müzakirələrdə onlarla vətəndaş cəmiyyəti nümayəndəsi, media nümyanəndələri və ekspertlər iştirak edib.