Yeni iPhone-ların Bakıda rəsmi satış tarixi açıqlandı - Foto

yeni-iphone-larin-bakida-resmi-satis-tarixi-aciqlandi
Oxunma sayı: 2393

Kupertinodakı təqdimatdan bir neçə həftə sonra yeni modellər rəsmi olaraq Alma Store (Apple Premium Reseller) mağazasında satışa çıxarılacaq.

“Qafqazinfo” xəbər verir ki, oktyabrın 11-dən başlayaraq, Azərbaycanda yeganə Apple-ın rəsmi biznes partyoru və Apple Premium Reselleri olan Alma Store satış nöqtəsində müştərilər, yeni məhsullarla iPhone 11, iPhone 11 ProiPhone 11 Pro Max bağlı profesional səviyyədə məsləhət ala, online  və ya satış nöqtələrindən öncədən sifarişi yerləşdirə bilərlər. Oktyabrın 18-də isə rəsmi satışlarına start veriləcək.


Alma Store satış nöqtəsində iPhone 11 və iPhone 11 Pro modellərini üç gün ərzində (oktyabrın 18, 19, 20-i) BirKart-la (12 aya), Albali Plus-la (18 aya), Bolkart-la (12 aya) faizsiz taksitlə əldə etmək mümkün olacaq. 

Bununla yanaşı, oktyabrın 18- 20-dək Alma Store mağazasında yeni iPhone modellərini əldə etmək istəyənlər, xüsusi təklifdən Trade-in xidmətindən  yararlana biləcəklər. Müştərilər istifadə etdiyi telefonu gətirərək yeni model ilə əvəz edə biləcəklər. Xüsusi təklif yalnız üç gün ərzində keçərli olacaq.

Trade-in xidmətindən yararlanmaq istəyən hər kəs istifadə etdiyi telefonu satış nöqtəsinə gətirərərək, Alma Store mütəxəssisləri tərəfindən qiymətləndirməlidir. Qiymətləndirmə müştərini qane etdiyi zaman, yeni model endirimlə təklif ediləcək. Daha ətraflı məlumatı satış nöqtəsindən əldə edə bilərsiniz.
 
"Port Baku" Mall, 1-ci mərtəbə.
Tel: (012) 464 04 34 
Mob: (050) 776 00 15