Yeni Kaledoniyadakı iğtişaşlarda ölənlərin sayı çoxaldı

yeni-kaledoniyadaki-igtisaslarda-olenlerin-sayi-coxaldi
Oxunma sayı: 4068

Yeni Kaledoniyada iğtişaşlar nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.

Bildirilib ki, daha 1 nəfər iyunun 3-də Numea Beynəlxalq Hava Limanına gedən yolda jandarma ilə yerli sakinlərin atışmasından sonra xəstəxanada vəfat edib.

Xatırladaq ki, Sakit okeanın cənubunda Fransanın dənizaşırı ərazisi olan yeni Kaledoniyada iğtişaşlar mayın ortalarında başlayıb.