“Hazırda “Yeni Klinika”da 100-dən çox xəstə müalicə alır”.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, həmin xəstələrin əksəriyyəti vəziyyəti ağır olanlardır: “REACT-C19 layihəsi ilk olaraq “Yeni Klinika”, Neftçilər Xəstəxanası, Tibb Universitetinin Tədris Cərrahiyə İnstitutunda həyata keçiriləcək. Bakıda ümumilikdə 4 xəstəxanada tətbiq olunacaq. Daha sonra regionlarda da bu layihə həyata keçiriləcək”.
Murad Əhməd
Son xəbərlər
Son Xəbərlər