Yeni klipdə deputat və həkimlərə eyham vurdular - Video

yeni-klipde-deputat-ve-hekimlere-eyham-vurdular
Oxunma sayı: 5578

Xalq artisti Röya Ayxan müğənni Raufla duet layihəsini təqdim edib. 

“Qafqazinfo”nun məlumatına görə, musiqisi Nicat Məlikov, sözləri Elnurə Nağıyeva və Nicat Məlikova məxsus mahnı “Olar” adlanır.

Sözügedən duet elə Nicat Məlikov tərəfindən ekranlaşdırılıb. Klipin çəkilişləri Bakı şəhərində olub.

Ekran işi cəsarətli səhnə performansı və mahnı mətnləri ilə seçilib. Belə ki, “Olar” layihəsində Röya və Rauf Uilyam Şekspirdən oxuyaraq deputat, müəllim, həkim və vəkillərə eyham ediblər.