Yeni komandası müəyyənləşdi

yeni-komandasi-mueyyenlesdi
Oxunma sayı: 1403


“Qafqazinfo”nun qol.az-a istinadən verdiyi məlumata görə, 41 yaşlı mütəxəssisin yeni mövsümdən "Sassuolo" klubunu çalışdıracağı iddia olunur.

Böyük ehtimalla, "Sassuolo" hazırkı baş məşqçisi Eusebio di Françesko ilə yollarını ayıracaq. Komandanın rəhbərliyi baş məşqçi vəzifəsinə məhz İnzagini gətirməyi planlaşdırır. "Milan"da ondan gözlənilən nəticəni verə bilməyən İnzaginin də "Sassuolo"nun təklifini müsbət qarşıladığı bildirilir.

Qeyd edək ki, 2014-cü ilin yanvar ayında "Sassuolo" İnzagiyə rəsmi təklif etsə də, həmin vaxt "Milan" rəhbərliyi əvəzedici komandanı çalışdıran təcrübəli mütəxəssisi buraxmamışdı.