“Qafqazinfo”nun məlumatına görə, sarayının təşəbbüsü ilə keçirilən konsertdə ölkəmizin tanınmış sənətçiləri Səbinə Babayeva, Səlim Abbasov (skripka), Sevda Yahyayeva, Nurlan Növrəsli, Günay İbrahimli, Murad Sadıx, Amil Həsənoğlu, Kənan Qədimov, Pərviz Abdullayev, Nicat Məhərrəmov, Nicat Cəfərzadə, Elçin Cəfərov, COMEDY.AZ kollektivi və “Cəngi” rəqs ansamblı iştirak ediblər.
Bundan əlavə, istedadlı xanəndələr Gülay Qədirova və Elnur Zeynalovun muğam ifaları və təsnifləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Xanəndələri Rövşən Qurbanov (tar) və Ceyhun Muradov (kamança) müşayiət edib.
Ənənəvi olaraq, Heydər Əliyev Saray rəhbərliyinin dəvəti ilə Binəqədi, Nəsimi rayonu Azərbaycan vətən müharibəsi veteranlar birliyinin, Psixo nevroloji dispanserin, “Dəcəllər” daun sindromlu xəstə uşaqlar birliyinin, “Himayə” və “Ümid işığında” uşaq təşkilatlarının kollektivləri təmannasız olaraq musiqili-əyləncəli konsertdə iştirak edib.
Könül
Son xəbərlər
Son Xəbərlər