Yeni könüllülərin qeydiyyatına başlandı

yeni-konullulerin-qeydiyyatina-baslandi
Oxunma sayı: 1233

Azərbaycan Prezidentinin 30 dekabr 2019-cu il tarixli 1748 nömrəli Sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan edilib. Bu münasibətlə Dövlət Komitəsi “Azərbaycan Diaspor Könüllüləri” proqramında iştirak üçün qeydiyyata başlayıb.

Komitədən "Qafqazinfo"ya verilən məlumata görə, “Könüllülər ili”ndə proqramın daha zəngin və genişmiqyaslı olması nəzərdə tutulur. Bununla əlaqədar Dövlət Komitəsində Tədbirlər planı hazırlanıb və ardıcıllıqla həyata keçirilməsi planlaşdırılır. Ümumilikdə 50-yə yaxın istiqaməti əhatə edən Tədbirlər planında konfrans, dəyirmi masa, müxtəlif sosial aksiyalar və s. nəzərdə tutulur. Eyni zamanda, tədbirlərin həyata keçirilməsində Komitə əməkdaşları ilə yanaşı “Azərbaycan Diaspor Könüllüləri” proqramının məzunları da iştirak edəcəklər.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi 2019-cu ilin mart ayından etibarən “Azərbaycan Diaspor Könüllüləri” adlı proqrama başlayıb. Proqramda iştirak üçün 609 gənc müraciət edib. Gənclərin kütləvi müraciətini nəzərə alaraq, 24 aprel 2019-cu il tarixində Nizami kino mərkəzində könüllü olmaq istəyən gənclərlə Komitə rəhbərliyinin görüşü keçirilib. Həmin dövrdən etibarən isə gənclər hissə-hissə təlimlərə cəlb edilir.

Könüllü fəaliyyət göstərmək üçün müraciət forması: http://diaspor.gov.az/volunteers/