Çoxsaylı müraciət əsasında Zirə–Mərdəkan qəsəbələri istiqamətində 152 nömrəli müntəzəm marşrut xətti fəaliyyətə başlayıb.
“Qafqazinfo” Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, Marşrut xəttinin başlanğıc dayanacaq məntəqəsi Zirə qəsəbəsi (Ə.Babayev küçəsi, məscid), son dayanacaq məntəqəsi isə Mərdəkan qəsəbəsi (S.Yesenin küçəsi 106) olacaq.
Marşrut xətti boyunca Yol Hərəkətinin Təşkili şöbəsi tərəfindən əraziyə baxış keçirilib və zəruri dayanacaq məntəqələrinin yerləri müəyyənləşdirilərək müvafiq tədbirlər görülüb.

Son xəbərlər
Son Xəbərlər