Yeni medal təsis edilir, qızıl sikkələr buraxılır

yeni-medal-tesis-edilir-qizil-sikkeler-buraxilir
Oxunma sayı: 4103

Azərbaycanda “Heydər Əliyev – 100” yubiley medalı təsis ediləcək.

“Qafqazinfo” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb. Medal 2023-cü ilin yanvar–may aylarında təsis olunacaq. Bu sahədə icraçı qurumlar Prezident Administrasiyası və Milli Məclisdir.

Bundan əlavə, plana əsasən, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş poçt markaları və xatirə nişanları da buraxılacaq. Poçt markaları və xatirə nişanları 2023-cü ilin mart-may aylarında təsis olunacaq. Bu sahədə icraçı qurumlar Prezident Administrasiyası, Prezidentinin İşlər İdarəsi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir.

Həmçinin, Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş qızıl sikkələri hazırlanacaq. Sikkələr 2023-cü ilin fevral-may aylarında buraxılacaq. Bu sahədə icraçı qurumlar Prezidentinin Administrasiyası, Azərbaycan Mərkəzi Bankıdır.