Azərbaycanda Türkiyənin tanınmış Yeni Media mütəxəssisləri (SMM), Nişantaşı Universitenin müəllimləri Dr.Öğr.Üyesi. Özlem Tuğçe Keleş, Dr.Öğr.Üyesi. Zeliha Ocak və Dr.Öğr.Üyesi Yelda Şenkal bu gün Online təlimlərə start verilib.
“Qafqazinfo” xəbər verir ki, təlimlər ödənişsizdir.
Təlimlərə 20 dövlət qurumunda, 20 media qurumunda SMM işini həyata keçirənlər, eyni zamanda BDU-nun Jurnalistika fakültəsinin tələbələri cəlb edilib.
İştirakçılara Nişantaşı Universitetinin və Global Journalism Council-in sertifikatları veriləcək.
Qeyd edək ki, təlimlər Parlament Jurnalistlər Birliyinin “Media Könüllüləri - 145” layihəsi çərçivəsində BDU-nun Jurnalistika Fakültəsi ilə birgə həyata keçirilir.
Təlim martln 11, 12 tarixlərində də davam edəcək.
Son xəbərlər
Son Xəbərlər