Yeni monitorlar cərimə yazmır, sürücünü məlumatlandırır - DİN

yeni-monitorlar-cerime-yazmir-surucunu-melumatlandirir
Oxunma sayı: 9138

Avtomobil yollarında quraşdırılan monitorlar sürücüləri məlumatlandıran rəqəmsal sistemdir.

Bu barədə "Qafqazinfo"ya DİN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, yeni sistem cərimə və inzibati xətalarla bağlı qeydiyyat aparmır, yalnız sürücülərin təhlükəsizliyinə xidmət edir:

“Bu monitorların quraşdırılmasında məqsəd hərəkət iştirakçılarının profilaktikası olmaqla, sürücülərin idarə etdikləri avtomobilin sürət göstəricisini əks etdirməsidir”.