“Qafqazinfo”nun məlumatına görə, Musiqili Teatr ölkədə yeni mövsümə digər teatrlardan daha tez-sentyabrın 10-da start verəcək. Mövsümün açılışı dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası ilə baş tutacaq.
Qeyd edək ki, "O olmasın, bu olsun" tamaşasının quruluşçu rejissoru xalq artisti Cənnət Səlimovadır.
Tamaşada rolları xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Şövqi Hüseynov, Əkbər Əlizadə, Ələkbər Əliyev, Novruz Əliyev, aktyorlar Səmədzadə Xasıyev, Əzizağa Əzizov, Hüseyn Əlili və başqaları ifa edirlər.
Son xəbərlər
Son Xəbərlər