Yeni mövsümün ilk qalibləri məlum oldu - Fotolar + Video

yeni-movsumun-ilk-qalibleri-melum-oldu
Oxunma sayı: 974

Azərbaycan Velosiped İdmanı Federasiyası və Bakı Olimpiya Stadionunun birgə təşkilatçılığı ilə 2016-cı il mövsümünə stadion ətrafındakı yollarda təşkil edilən yarışla start verilib.

“Qafqazinfo” xəbər verir ki, iki gün davam edən "Mövsümün açılış yarışı"nda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin müxtəlif yaş qrupları üzrə 100-dən artıq idmançı iştirak edib.

15 yaşadək idmançıların 20 km-lik qrup ötüşməsində 8 saylı İdman Olimpiya Məktəbinin təmsilçisi Emil Əliyev finişi 1-ci keçib. Onun komanda yoldaşı Fədail Mahmudov 2-ci nəticə göstərib. İlk üçlüyü İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin üzvü Nikita Sıtov tamamlayıb.

U-17, Gənclər, U-23 və Elit kateqoriyasında mübarizə aparan velosipedçilər isə 60 km məsafə qət ediblər.

İxtisaslaşdırılmış Uşaq-Gənclər Məktəbinin nümayəndəsi Yunus Vəzirov bütün rəqiblərini qabaqlamaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məktəbin digər nümayəndəsi Bakir Dadaşov bürünc medala yiyələnib. 2-ci yeri isə 8 saylı İdman Olimpiya Məktəbindən Maksim Naperstkov tutub.