Yeni mövsümün qonaqları onlar olacaq

yeni-movsumun-qonaqlari-onlar-olacaq
Oxunma sayı: 2577

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “MTV Azərbaycan” telekanalının birgə layihəsi olan “Bərabərik” ikinci mövsümünə start verib.

“Qafqazinfo” xəbər verir ki, fiziki məhdudiyyətli vətəndaşlara dəstək məqsədi ilə ərsəyə gətirilən layihədə ölkənin məşhur simaları onlarla birlikdə duet oxuyur, səhnədə yer alırlar.

Musiqi rəhbəri Vüqar Camalzadənin də yer aldığı proqramın bu mövsümdəki aparıcısı Rövşanə Ağasəfqızı olacaq.

İkinci mövsümün ilk buraxılışında müğənni Zamiq Hüseynov və Zakir Əliyev qonaq olub.

İştirakçılar fiziki məhdudiyyətli gənclər - Elgiz Babazadə və Gülnar Novruzova ilə birgə səhnəni bölüşüblər.