“Yeni müqaviləyə yaxınam”- - Əməliyyat olunan Foqts

yeni-muqavileye-yaxinam-
Oxunma sayı: 1011


“Agence France-Presse”in xəbərində deyilir ki, 68 yaşlı məşqçi 1996-ci ildə İngiltərədə keçirilmiş Avropa Çempionatında Almaniya millisinə rəhbərlik etmişdi.

Hazırda Ştutqartdakı xəstəxanada intensiv müalicə kurslarını davam etdirən məşqçi Almaniyanın “Bild” qəzetinə müsahibəsində deyib: “Onlar mənə əla qayğı göstərirlər. Hər ötən gün özümü daha yaxşı hiss edirəm . Son 3-4 ayda hiss edirdim ki, ürəyimlə bağlı əməliyyata ehtiyac var”.

“Agence France-Presse” xatırladır ki, Berti Foqts Şotlandiya, Nigeriya və Azərbaycan milli futbol komandalarına da rəhbərlik edib. Ötən ilin oktyabr ayında Azərbaycan Xorvatiyaya 6-0 hesabı ilə uduzduqdan sonra o, istefa verməli oldu.

“Mən indi yeni müqavilə bağlamağa yaxınam, yeni komanda ilə işləyəcəyim günü səbirsizliklə gözləyirəm”, Berti Foqts gələcək planları ilə bağlı belə deyib.