Xəbər verdiyimiz kimi, Türkiyədə istefa verən ədliyyə naziri Abdulhamit Gülün əvəzinə bu vəzifəyə üçüncü dəfə Bekir Bozdağ təyin olunub. Bozdağ bundan əvvəl 2013-2015 və 2015-2017-ci illərdə ədliyyə naziri olaraq fəaliyyət göstərib.
“Qafqazinfo”nun Türkiyə mediasına istinadən məlumatına görə, B.Bozdağın yenidən bu vəzifəyə təyin olunmasından sonra keçmişdə verdiyi açıqlamalar ilə sosial mediada yenidən gündəmə gəlib.
Türkiyə KİV yazır ki, keçmişdə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı açıqlamaları ilə tez-tez müzakirə obyektinə çevrilən Bekir Bozdağ Türkiyə Böyük Mİllət Məclisində (TBMM) çıxışı zamanı bunları demişdi: “Fətullah Gülən bu ölkənin yetişdirmiş olduğu dəyərli bir sərvətdir, bu ölkənin milli və mənəvi dəyərlərinə bağlı nəsillərin yetişməsi üçün xidmət göstərir”.
Bununla yanaşı, Bozdağ ədliyyə naziri olduğu 2016-cı ildə də cinsi istismar cinayətində qurban və təqsirkarın evlənməsi halında cəzanın ləğvini nəzərdə tutan tənzimləmə ilə bağlı qalmaqallı açıqlamalar verib. Belə ki, o, bu zaman məsələ ilə bağlı “azyaşlının razılığı” ifadəsini dilə gətirərək uşağın “öz istəyi ilə qərar verə biləcəyini” iddia etmişdi.
“Onlar təcavüz edənlər deyil, onlar cinsi istismar cinayətini məcburən törədən şəxslərdir. Bunlar tamamilə ailələrin və uşağın da razılığı ilə edilən işlərdir”, - deyə Bozdağ demişdi.
Son xəbərlər
Son Xəbərlər