Yeni nəsil Mercedes-AMG GLE 53 4MATIC+ Coupe Offroad - Fotolar

yeni-nesil-mercedes-amg-gle-53-4matic-coupe-offroad
Oxunma sayı: 3149

Yeni nəsil Mercedes-AMG GLE 53 4MATIC + Coupe Offroad avtomobili Mercedes-Benz-in Azərbaycandaki dilerlərinə 2020-ci ilin ikinci yarısında gələcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə Daimler AG -nin Azərbaycandakı Baş Nümayəndəliyi olan "Avtokapital-Azərbaycan" MMC şirkətindən məlumat verilib.

Bu modifikasiyanın fərqləndirici xüsusiyyəti genişləndirilmiş hava girişləri ilə aqressiv ön bamperi, həmçinin şaquli çubuqları olan radiatorun firma qəfəsində özünü göstərir.

Əvvəlki modeli ilə müqayisədə yeni kupe-krossover 39 millimetr daha uzun və yeddi millimetr daha enli olmuş, yəni ölçüləri müvafiq olaraq 4939 və 2010 millimetrədək artırılmışdır. Artıq oxlar arasındakı məsafə 2935 millimetr təşkil edir. Bu, əvvəlki modeldən 20 millimetr çox, adi GLE-dən isə 60 millimetr azdır.

Mercedes-AMG GLE 53 4Matic avtomobilinin kapotunun altında 520 Нм dönmə momenti ilə 435 at gücünə malik 3 litrlik R6 AMG mühərriki özü yer edib.

Ən güclü krossover ilk "yüzü" 5,3 saniyədə yığır. Maksimal sürət saatda 250 kilometr təşkil edir.

Yeni məhsula dair sifarişlərin qəbulu artıq başlayıb, ilk avtomobilləri Mercedes-Benz salonlarında 2020-ci ilin iyun ayından görmək olacaqdır.

Sifariş üçün Azərbaycanda Mercedes-Benz rəsmi diler şəbəkəsinə müraciət etməyiniz xahiş olunur:

Autostar Kaukasus
Тел.: +994 12 496 50 50 / +99412 976 

Abşeron Avtomobil Mərkəzi
Тел.: + 994 12 347 78 00