Yeni planet kəşf edildi

yeni-planet-kesf-edildi
Oxunma sayı: 6228

Alimlər Günəş sisteminə ən yaxın ulduz olan Proksima Sentavrin ətrafında fırlanan üçüncü planet aşkar ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Astronomy & Astrophysics” jurnalında məqalə dərc olunub.

Araşdırmaya görə, Günəş sistemindən 4,23 işıq ili uzaqlıqda qırmızı cırtdan ulduz Proksima Sentavrinin ətrafında fırlanan Yerin kütləsinin 0,26-sı böyüklüyündə olan planet aşkar edilib.

Hesab olunur ki, ulduzun yaşayış üçün əlverişli orbital bölgəsində yerləşən planetdə su maye qala bilər.