Yeni portal vasitəsilə xaricdən gətirilənlərin sayı açıqlandı

yeni-portal-vasitesile-xaricden-getirilenlerin-sayi-aciqlandi
Oxunma sayı: 1590

“Prezident İlham Əliyevin rəhbərliyi altında koronavirusa qarşı mübarizədə ölkəmiz böyük uğurlar əldə edib”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. O bildirib ki, xaricdə olan Azərbaycan vətəndaşları ölkəmizə müəyyən olunmuş qrafik çərçivəsində gətirilirlər: “Mayın 4-dən 17-dək evegedirem portalı vasitəsilə İrandan 95, İstanbuldan 212, Daşkəndən 50, Riqadan 52, Minskdən 124 nəfər gətirilib. 

Moskvadan mayın 12-də tələbələr gətirilib. Kiyevdən 198 nəfərin gətirilməsi nəzərdə tutulur”.

O bildirib ki, 18-31 may tarixlərində İran, MDB, Avropa qitəsindən Azərbaycan vətəndaşlarının gətirilməsi planlaşdırılır.

Murad Əhməd