Yeni qatarlardan nə xəbər?

yeni-qatarlardan-ne-xeber
Oxunma sayı: 2140


“Qafqazinfo” xəbər verir ki, şəbəkə istifadəçilərinin sözlərinə görə, vaqonlar Avropa Oyunlarına görə müvəqqəti xəttə buraxılıb. Oyunlar bitəndən sonra isə qatarlar xətdə görülməyib.

Məsələ ilə bağlı “Qafqazinfo” Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayevlə əlaqə saxlayıb. O bildirib ki, yeni qatarlar xətdən çıxarılmayıb: “Bu qatarların sayı 3-dür. Ola bilsin ki, gec-gec xətdə görülür, amma işləyir. Biz əvvəl də demişdik ki, qatarlar Avropa Oyunlarından sonra sərnişinlərin istifadəsində olacaq”.

Günel Türksoy