Yeni qaydada “Jara” - Fotolar

yeni-qaydada-jara
Oxunma sayı: 2534

Ötən gün “Jara” beynəlxalq musiqi festivalının ikinci günü baş tutub.

“Qafqazinfo” xəbər verir ki, Moskvada keçirilən gecə televiziya formatında, tamaşaçısız təşkil edilir. 

Buna baxmayaraq, mərasimdə ənənəvi qırmızı xalça keçidi baş tutub. Valeriya, Jasmin, Olqa Buzova, Anita Tsoy və başqaları KİV qarşısına çıxaraq jurnalistlərin suallarını cavablandırıb, fotoqraflara poz veriblər.   

Tədbirin ikinci günündə tamaşaçılar Dmitri Malikovun yaradıcılıq gecəsini və populyar sənətçilərin ifasında 2000-ci illərin hitlərini eşidəcəklər. Gecədə Filipp Kirkorov, Valeriya, Qriqori Leps, Valeri Mİladze, Olqa Buzova və digərləri səhnəyə çıxıblar.