Yeni qiymətlərdən fantastik qazanc götürüləcək - 8 milyonluq fərq

yeni-qiymetlerden-fantastik-qazanc-goturulecek
Oxunma sayı: 5457

Xəbər verdiyimiz kimi, Tarif Şurası Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən ödənişli xidmətlərin, yəni imtahanların yeni qiymətlərini elan edib.

Qafqazinfo” xəbər verir ki, bu qiymətlər ictimaiyyət arasında narazılığa səbəb olub. Təhsil ekspertləri də bu cür qiymətlərin onlar üçün gözlənilməz olduğunu qeyd edib. 

Qafqazinfo” bu məqamda Dövlət İmtahan Mərkəzinin yeni elan olunmuş qiymətlərə əsasən bu il keçiriləcək imtahanlardan əldə edəcəyi məbləği araşdırıb. Araşdırma rəqəmləri isə ötən il sözügedən imtahanlarda iştirak edən tələbələrin sayı əsasında aparılıb.

Belə ki, ötən il orta ixtisas məktəblərinə qəbul olmaq üçün sənəd təqdim edənlərin sayı 9 illikdə 25 min nəfər olub. 11 illikdən orta ixtisas məktəblərinə imtahan verənlərin sayı 50 324, ali təhsil müəssisələrinə imtahan verənlərin sayı 82 866, magistr pilləsinə qəbul olmaq istəyən bakalavrların sayı 24 558, rezidenturaya qəbul olmaq üçün sənəd təqdim edən şəxslərin say 1 500 nəfər olub. Rus bölməsinin abituriyentlərinin Azərbaycan dilindən imtahan verənlərinin sayı 7 909-dur. Xüsusi qabiliyyət tələb edən ixtisaslara 35 000 abituriyent imtahan verib.

Beləliklə, indi açıqlanan imtahan qiymətləri ilə ötən il imtahan verən abituriyentlərin sayını hesablayıb müvafiq vurma və toplama əməli nəticəsində məlum olur ki, Dövlət İmtahan Mərkəzi ( TQDK) bu il təxminən 9 milyon 269 min 610 manat vəsait qazanmış olacaq. Əlavə olaraq, magistr və rezidenturanın ikinci mərhələlərinidə iştirak edəcək abituriyentlərin sayını nəzərə alsaq, gəlirin 13 milyona yaxın olacağı istisna deyil.

***

Nəzərə alaq ki, ötən illərdə hər il dövlət büdcəsindən TQDK-ya 7 milyon manat vəsait ayrılırdı. Həmin vəsaitin 2 milyon manatı əməkdaşların əməkhaqqına, 5 milyon manatı isə imtahanların keçirilməsinə sərf olunurdu.

Bundan əlavə, TQDK bir neçə mərhələ üzrə də gəlir əldə edirdi.

Ötən il namizədlərin (abituriyentlərin, bakalavrların, rezidenturaya sənəd verənlərin) ərizələrinin onlayn qəbulu üzrə istifadə sayı 286 782 ( xidmət haqqı 2.40 azn), namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi üzrə istifadə sayı 175 083 5 (xidmət haqqı 0.24 azn), bakalavrların bakalavr pilləsinə qəbul olmaq üçün təqdim etdikləri ərizələrin iş nömrələrinin axtarışı üzrə istifadə sayı 62 802 (0.24 azn) Sınaq imtahanına yazılış istifadə sayı 195 879 (3.54 azn), onlayn sınaq imtahanının keçirilməsi İstifadə sayı 2 642 (3.54 azn) TQDK-nın virtual ödəmə kartlarının onlayn və qısa mesaj (SMS) vasitəsilə satışı TQDK nəşrlərinin və onların elektron versiyalarının onlayn satışı istifadə sayı 3 654 ( 5 azn) təşkil edib. 2016-cı ildə çap olunmuş siniflər üzrə test kitabçalarının sayı 440 370 ədəd ( 6 azn), 2016-cı ildə çap olunmuş fənlər üzrə test bankının sayı 142 735 ədəd ( 5 azn), 2016-cı ildə çap olunmuş abituriyent jurnalının sayı 70 000 ədəd ( 4 azn) təşkil edib.

Rəqəmləri hesablasaq, məlum olur ki, TQDK ötən il 5 milyon 200 min 758 manat 8 qəpik gəlir əldə edib.

Son nəticə ondan ibarətdir ki, ötən il 5 milyon gəlir əldə edən TQDK-nın (DİM) bu il qazanacağı məbləğin fantastik dərəcədə artaraq 13 milyona yaxın olması gözlənilir.

Günel Türksoy