Yeni quraşdırılmış işıqforu yararsız hala saldı - Video

yeni-qurasdirilmis-isiqforu-yararsiz-hala-saldi
Oxunma sayı: 3337

Bu gün Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, hadisə günorta saatlarında Əhməd Rəcəbli və Cəfər Xəndan küçələrinin kəsişməsində baş verib.

Qəza zamanı “Chevrolet” markalı avtomobil NİİM-ə məxsus 1 ədəd yeni quraşdırılmış işıqforu yararsız vəziyyətə salıb.

Mərkəzdən bildirilib ki, işıqforun bərpa edilməsi nəzərdə tutulub.