Yeni rəhbərdən ilk açıqlama

yeni-rehberden-ilk-aciqlama
Oxunma sayı: 659

“Qafqazinfo” xəbər verir ki, bunu Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının yeni seçilmiş koordinatoru Zöhrab İsmayıl qarşıdakı mərhələdə Koalisiyanın diqqət yetirəcəyi istiqamətlər barədə danışarkən deyib. Z. İsmayıl bildirib ki, Azərbaycanda da MSŞT üzrə keyfiyyət dəyişiklik baş verməlidir: “Koalisiya olaraq əsas hədəfimiz MSŞT üzrə yeni standartları Azərbaycanda tətbiqinə nail olmaqdır. Hazırda Koalisiyamızın qarşısında duran əsas hədəflərdən biri kimi Azərbaycanda MSŞT standartlarının yüksəldilməsini, şirkətlər üzrə ayrılmış hesabatların verilməsinə , hesabatların ictimaiyyət üçün anlaşılan olması üçün onun izahatlarının hazırlanmasına nail olmağı görürəm”.

Şura koordinatoru MSŞT Koalisiyasının problemlərindən də danışıb. Koalisiyanın maliyyə problemlərinə gəldikdə, Z. İsmayıl bunun müvəqqəti olduğunu düşünür: “Bu problemin həlli bizim fəaliyyətimizdən və fəallığımızdan asılıdır. MSŞT ilə bağlı maraqlı olan xeyli sayda donorlar və tərəfdaşlarımız var. İnanıram ki, biz Koalisiyanın maliyyə problemlərini aradan qaldırmağa müvəffəq ola biləcəyik”.