Yeni rəisin kimliyi bəlli oldu

yeni-reisin-kimliyi-belli-oldu-
Oxunma sayı: 7407


“Qafqazinfo” nun əldə etdiyi məlumata görə, regional idarəyə Ramil Yusifov rəis təyin edilib. R. Yusifov bundan əvvəl Nəsimi rayon enerji təchizatı və satışı idarəsinin rəisi işləyib. 

Xatırladaq ki, qurumda edilən struktur dəyişikliyi nəticəsində “Sumqayıt Regional Elektrik Şəbəkəsi” MMC ləğv edilib. Həmin qurumun əvəzində Şimal Regional Enerji Təchizatı İdarəsi yaradılıb. İdarə Sumqayıt, Quba, Qusar, Şabran, Xızı, Xaçmaz və Siyəzən rayonlarının enerji təchizatını həyata keçirəcək.