“Qafqazinfo” xəbər verir ki, ki, ADMİU-nun sabiq dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Elmira Alxasova APA-ya açıqlamasında deyib ki, Fərəh Əliyeva yeni rektor təyin olunandan sonra ali məktəbdə islahatlara başlayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakültəsini dekanı Abdin Əlizadə və “Sənətşünaslıq” fakültəsinin dekanı Vəfa Əliyev işdən çıxarılıblar. Onlar vəzifədən çıxarılsalar da, ali məktəbdə müəllim olaraq fəaliyyətlərini davam etdirəcəklər
Xəbəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən də təsdiqləyiblər.
Bildirilib ki, dekanlar öz ərizələri ilə vəzifədən çıxarılıblar. Amma müəllim kimi müvafiq kafedralarda fəaliyyətlərini davam etdirəcəklər.
Qeyd olunub ki, yeni rektor ali məktəbdə şəffaflığın təmin olunması, neqativ halların qarşısının alınması istiqamətində də müvafiq işlər aparır. Tələbələr üçün xüsusi qəbul günləri ayrılıb və mütəmadi görüşlər keçirilir. Universitetdə tələbələrin biliyinin qiymətləndirilməsi zamanı şəffaflıq və istedad əsas meyar olacaq.
Qeyd edək ki, universitetin yeni rektoru Şirməmməd Hüseynovun qızıdır.
Son xəbərlər
Son Xəbərlər