Yeni reyslə Batumiyə bu avtobuslar işləyəcək - Foto

yeni-reysle-batumiye-bu-avtobuslar-isleyecek
Oxunma sayı: 2282

Bakı-Batumi-Bakı istiqaməti üzrə yeni reyslər üçün nəzərdə tutulmuş avtobuslarda kondisioner və wi-fi mövcuddur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova yayıb. O bildirib ki, avtobuslarda yol boyu əlavə xidmət olaraq çay, su, qəhvə verilir. 

Qeyd edək ki, biletin 1 istiqamət üzrə qiyməti 40 Azn təşkil edir.