“Yeni sağalırdım ki, evdə ayağım sürüşdü, yıxıldım”

yeni-sagalirdim-ki-evde-ayagim-surusdu-yixildim
Oxunma sayı: 5615

Əməkdar artist Aybəniz Haşımovanın bloqqer qızı Aynişan Quliyevanın səhhətində problem yaranıb.

“Qafqazinfo” xəbər verir ki, o, instaqramın sual-cavab funksiyasından istifadə edərək izləyicilərə maraqlı olan mövzulara toxunub.

Aynişan “niyə enerjiniz yoxdur?” sualına rəy verərək hərarətinin yüksək olduğunu bildirib: “Balidən gələndən xəstəyəm. Gələn kimi qızdırma, herpes... Elə yeni sağalırdım ki, evin içində ayağım sürüşdü, faciəvi şəkildə yıxıldım. Sol tərəfim hələ də tam olaraq işləmir. Onun üstünə də yenidən qrip oldum. Gələndən savaşdayam”.