Yeni sədr nə vaxt seçiləcək? -

yeni-sedr-ne-vaxt-secilecek
Oxunma sayı: 692

 

Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yaxın vaxtlarda gənclər təşkilatının ümumi yığıncağının keçirilməsi haqda qərar olsa da, bunun nə vaxt olacağı bəlli deyil: “Hazırda gənclər bu məsələ üzərində işləyir. Yaxın günlərdə Təşkilat Komitəsinin iclası keçiriləcək və həmin iclasda ümumi yığıncağın tarixi müəyyən ediləcək”.

Başqan müavini deyib ki, Təşkilat Komitəsinin iclasının da nə vaxt keçiriləcəyi dəqiq bəlli deyil: “Bir həftə ərzində bu iclasın baş tutması gözlənilmir. Avqustun ikinci həftəsində iclasın keçirilməsi mümkün olacaq”.

Qeyd edək ki, Gənclər Təşkilatının ümumi yığıncağında sədr, müavinləri, Şura üzvləri və MNTK üzvləri seçiləcək.

Murad Əhməd

“Qafqazinfo”