“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Elmira Axundova bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinə münasibət bildirərkən deyib. O bildirib ki, bələdiyyələrlə bağlı Türkiyə təcrübəsindən yararlanmaq lazımdır. “2002-ci ildə Türkiyədə 3225 bələdiyyə strukturu olub. İndi isə cəmi 1395 bələdiyyə var. Bizdə bələdiyyələtrin sayı Türkiyədən qat-qat çoxdur. Türkiyə isə ərazisinə və əhalisinə görə, bizdən dəfələrlə böyükdür. Bələdiyyələrin sayı 500-600 olmalıdır”.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov isə bildirib ki, Türkiyədə sistem fərqlidir:
“Orada daha çox böyükşəhər bələdiyyələri var. Kəndlərdə isə muxtarlar deyilən şəxslər var və onlar da bələdiyyə üzvüdür. Bunu da hesablasaq, Türkiyədə bələdiyyələrin sayı bizdən bir neçə dəfə çox olar.
“Azərbaycanda bəzən bələdiyyələrlə icra orqanları dəyişik salınır. Bələdiyyələrin statusu var, genişdir. Bəzən deyirlər ki, bələdiyyə torpaq satır. Torpaq bölünübsə, necə sata bilər ki? Ola bilsin ki, kimsə dələduzluq edir. Ancaq bu bəlli olanda cəzalandırılır. Bəli, elə bələdiyyə sədri var ki, səlahiyyətinin əksinə fəaliyyət göstərir. Məncə, hesabat ətraflı hazırlanıb, deputatları buna səs verməyə dəvət edirəm”.
Günel
Son xəbərlər
Son Xəbərlər